İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ötən ili 92 347 186 manatlıq gəlir əldə edib. ƏMDX-nin xərcləri 95 864 617 manat olub. Belə ki, 3 517 431 manat zərərlə başa vurub.
Banker.az xəbər verir ki, bu barədə ƏMDX-nin 2024-cü ilin maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatında qeyd edilir.
2023-cü ildə Dövlət Xidmətinin gəlirləri 86 164 182 manat, xərcləri 87 533 574 manat təşkil edib.
Hesabata görə, şirkət qeyri-birja əməliyyatlarından 80 552 837 manat, birja əməliyyatlarından 11 793 983 manat gəlir əldə edib.