11 C
Baku
Wednesday, April 30, 2025

Azərbaycanda mart üzrə işgüzar fəallıq indeksi açıqlandı

Azərbaycanda real sektor üzrə işgüzar fəallıq indeksləri* 2024-cü ilin mart ayı ilə 2025-ci ilin mart ayı müqayisəsində sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinaən xəbər verir ki, sənaye sektorunda indeks 11.93-dən 2.11-ə düşərək əhəmiyyətli zəifləmə göstərib.

Tikinti sektorunda isə əksinə, müsbət dinamika müşahidə olunub – ötən ilin martında  mənfi 0.01 olan indeks bu ilin martında 2.74-ə yüksəlib. Bu, sektorda az da olsa canlanmanın baş verdiyini göstərir. Pərakəndə ticarətdə indeks 11.34-dən 8.16-ya enərək istehlak tələbində zəifləməni əks etdirir.

Xidmət sahəsində isə daha ciddi geriləmə var: indeks 39.63-dən 13.71-ə düşüb.

Son bir ayda – 2025-ci ilin fevralı ilə martı arasında isə demək olar ki, bütün sahələrdə azalma müşahidə olunub.

5324335342 scaled

*Sənayenin inam indeksi = (məhsul istehsalı – hazır məhsul ehtiyatı + istehsal gözləntiləri)/3                                                                                                                             

Tikintinin inam indeksi = (İcraya qəbul edilmiş sifarişlər + İşçilərin sayının dəyişməsi gözləntiləri)/2                                                                                                     

Pərakəndə ticarətin inam indeksi = (faktiki satış – mal ehtiyatlarının dəyişməsi + satış üzrə gözləntilər)/3                                                                                                              

Xidmət sektorunun inam indeksi = (Biznes şəraiti + Faktiki tələb + Tələb gözləntisi )/3  

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər