14 C
Baku
Thursday, May 1, 2025

IMF Azərbaycanda neft hasilatı və ixracı ilə bağlı proqnozlarını açıqlayıb

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, Azərbaycanda orta gündəlik neft hasilatı 2025-ci ildə 0,6 milyon barel təşkil edəcək.

IMF-in Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatının inkişaf perspektivləri haqqında hesabatında məlumat verilir ki, növbəti il bu göstərici eyni səviyyədə – 0,6 milyon barel olaraq qalacaq.

Bununla belə, fond 2030-cu ildə Azərbaycanda orta gündəlik hasilatın 0,5 milyon barelə qədər azalacağını gözləyir.

IMF proqnozlaşdırır ki, cari ildə Azərbaycan neftinin orta gündəlik ixrac həcmi 0,5 milyon barel təşkil edəcək. Fondun gözləntilərinə görə, bu göstərici 2026-cı ildə eyni səviyyədə qalacaq, lakin 2030-cu ildə 0,4 milyon barelə qədər azalacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər