Azərbaycandakı banklar 2025-ci ilin yanvar-mart ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 298.9 milyon manatlıq faiz ödəyiblər.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 107.5 milyon manat və ya 56% artıb.
2024-cü ilin ilk 3 ayında banklar 191.4 milyon manatlıq depozit faizləri ödəmişdilər.