Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamına əsasən Azər Məmmədrəhimov Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
A.Məmmədrəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
Azər Şahverdi oğlu Məmmədrəhimov Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. Həmçinin, 2016-2021-ci illər ərzində Ümumdünya Poçt İttifaqının Poçt Maliyyə Xidmətləri Komissiyasının həmsədri, 2021-ci ildən “Azərpoçt” MMC-nin Müşahidə Şurasının katibi kimi fəaliyyət göstərib. 24 iyun 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlınməyə görə” medalı ilə təltif olunub.
2024-cü ilin avqust ayından cari tarixə qədər isə “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.
Qeyd edək ki,bu təyinatadək Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifələrini Rahid Ələkbərli icra edib.