16 C
Baku
Friday, May 2, 2025

Bakıda evlərin ən bahalı olduğu küçələr – Kvadratı 9600 manat

Bu barədə Birlikdən məlumat verilib.

Araşdırma zamanı yeni və köhnə tikililər arasında kəskin qiymət fərqləri müəyyən edilib.

Bakının Səbail rayonunun ən bahalı ərazisi Neftçilər prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 9 640 manatdır. Həm yeni, həm də köhnə tikililərdəki mənzillər üzrə liderlik də Neftçilər prospektindədir. Müvafiq olaraq 9 629 manatla və 9 650 manatla.

1746100926 whatsapp image 2025 05 01 at 15.59.17

Bakının Yasamal rayonunun ən bahalı ərazisi Bəsti Bağırova küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 635 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də Bəsti Bağırova küçəsindədir. Müvafiq olaraq 3 985 manatla və 3 285 manatla.

1746101035 whatsapp image 2025 05 01 at 16.02.36

Bakının Nəsimi rayonunun ən bahalı ərazisi 28 may küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 827 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 4 175 manatla rayonun Hənifə Ələsgərova küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 918 manatla Nizami küçəsindədir.

1746101152 whatsapp image 2025 05 01 at 16.04.29

Bakının Xətai rayonunun ən bahalı ərazisi Xocalı prospektidir. Bu prospektdə 1 kvadratmetr mənzilin orta qiyməti 3 199 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 3 408 manatla rayonun Nəcəfqulu Rəfiyev küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 050 manatla elə Xocalı prospektindədir.

1746101173 whatsapp image 2025 05 01 at 16.05.45

Bakının Nərimanov rayonunun ən bahalı ərazisi Həsənoğlu küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 3 574 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 980 manatla rayonun Həsənoğlu küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 3 280 manatla Şah İsmayıl Xətai prospektindədir.

1746101308 whatsapp image 2025 05 01 at 16.06.52

Bakının Nizami rayonunun ən bahalı ərazisi Qara Qarayev prospektidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 818 manatdır. Elə yeni tikililərdəki mənzillər üzrə liderlik 3 025 manatla Q.Qarayev prospektində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 2 630 manatla Elşən Süleymanov küçəsindədir.

1746101348 whatsapp image 2025 05 01 at 16.07.59

Bakının Suraxanı rayonunun ən bahalı ərazisi Zahid Əliyev küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 113 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Z.Əliyev küçəsindədir. Müvafiq olaraq, 2 230 manatla və 1 995 manatla elə Zahid Əliyev küçəsindədir.

1746101394 whatsapp image 2025 05 01 at 16.09.23

Bakının Sabunçu rayonunun ən bahalı ərazisi Oskar Əfəndiyev küçəsidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 401 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də O.Əfəndiyev küçəsindədir. Müvafiq olaraq 2 562 manatla və 2 239 manatla.

1746101490 whatsapp image 2025 05 01 at 16.10.16

Bakının Binəqədi rayonunun ən bahalı ərazisi İbrahimpaşa Dadaşov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 2 813 manatdır. Elə yeni və tikililərdəki mənzillər üzrə liderlik də İbrahimpaşa Dadaşov küçəsindədir. Müvafiq olaraq 2 916 manatla və 2 710 manatla.

1746101564 whatsapp image 2025 05 01 at 16.11.51

Bakının Xəzər rayonunun ən bahalı ərazisi Mərdəkan şossesidir. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 2 005 manatdır. Elə yeni və köhnə tikililərdəki mənzillər üzrə liderlik də rayonun Mərdəkan şossesindədir. Müvafiq olaraq 2 140 manatla və 1 845 manatla.

1746101755 whatsapp image 2025 05 01 at 16.13.38

Bakının Qaradağ rayonunun ən bahalı ərazisi Seymur Orucov küçəsidir. Bu küçədə 1 kvadratmetr mənzilin orta qiyməti 1 842 manatdır. Bununla belə, yeni tikililərdəki mənzillər üzrə liderlik 1 990 manatla rayonun Zahid Qasımov küçəsində, köhnə tikililərdəki mənzillər üzrə liderlik isə 1 750 manatla elə S.Orucov küçəsindədir.

1746101818 whatsapp image 2025 05 01 at 16.15.07

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər