17 C
Baku
Sunday, May 4, 2025

Tramp 8 may tarixini ABŞ-nin Qələbə Günü elan edib

Donald Tramp “Thruth Social” sosial şəbəkəsində bildirib ki, ABŞ Birinci və İkinci Dünya müharibələrində qələbəyə müqayisə edilməz dərəcədə çox töhfə verib. Qələbə günləri hər iki müharibə üçün müvafiq olaraq noyabrın 11-də və mayın 8-də qeyd olunacaq.

ABŞ prezidenti həmçinin bildirib: “Qələbələrimizi qeyd etməyə başlamağın vaxtı çatıb. Biz hər iki müharibədə qalib gəldik, cəsarət, güc və hərbi məharətdə heç kim amerikalılara yaxınlaşa bilməyib, amma biz heç nəyi qeyd etmirik, çünki bunu necə edəcəyini bilən liderlərimiz olmayıb!”.

Son xəbərlər
Digər xəbərlər