23 C
Baku
Monday, June 23, 2025

AYNA rəsmisi: “Manatlıq taksi” anlayışı yoxdur, bu fəaliyyət çox vaxt qanunsuz həyata keçirilir”

“Manatlıq taksi” adlanan nəqliyyat xidməti qanunvericilikdə nəzərdə tutulmayıb və əksər hallarda bu fəaliyyət qeyri-qanuni şəkildə həyata keçirilir”.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədov “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində keçirilən “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” panel sessiyasında danışıb.

Mövzuya münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev isə bildirib ki, bu problemlə mübarizə çətinliklə aparılır:

“Yol polisi bir nöqtəyə gün ərzində fasiləsiz nəzarət edə bilməz. Əməkdaş ərazidən uzaqlaşan kimi qanunsuz fəaliyyət göstərən taksilər dərhal geri qayıdır. Cəzaların sərtləşdirilməsi müəyyən təsir göstərsə də, bu problem tam aradan qalxmayıb. Sürücülər məsuliyyətli olmalıdırlar. Bəzilərinin arxivinə baxanda görürük ki, qazandıqlarının böyük hissəsini cərimələrə ödəyirlər, lakin bu əməldən əl çəkmirlər. Onlarla maarifləndirici görüşlər keçiririk və bu fəaliyyətin dayandırılması üçün çalışırıq”.

 

Son xəbərlər
Digər xəbərlər