15 C
Baku
Saturday, May 3, 2025

“OTP” kod nədir və nə üçün vacibdir?

”OTP” (One-Time Password) — yəni birdəfəlik şifrə, onlayn ödəniş və əməliyyatlar zamanı kart sahibi olduğunuzu təsdiqləmək üçün göndərilən fərdi təhlükəsizlik kodudur.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu kod yalnız sizin üçündür və heç bir halda, bank əməkdaşı olduğunu iddia edənlərə, tanımadığınız şəxslərə verilməməlidir.

Unutmayın: “OTP” kodu kiberdələduzların sonuncu hədəfidir – bu kodu ələ keçirən şəxs kartınızdakı vəsaitləri asanlıqla mənimsəyə bilər.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara hər zaman diqqətli olmağı və şübhəli hal gördükdə dərhal bankla və ya müvafiq qurumlarla əlaqə saxlamağı tövsiyə edir.

Son xəbərlər
Digər xəbərlər