Böyük Britaniyanın neft və qaz nəhəngi olan “Shell” şirkəti “BP” neft və qaz şirkətini almağı düşünür.
Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, yekun qərar hələ verilməyib. Bu, BP-nin səhmlərinin ucuzlaşmasının davam edib-etməməsindən asılı olacaq.
Qeyd edilib ki, son bir il ərzində səhmlər öz dəyərinin üçdə birini itiriblər. BP-nin bazar dəyəri hazırda 56 milyard funt-sterlinq (təxminən 74 milyard dollar), Shell-inki isə 149 milyard funt-sterlinq (təxminən 197 milyard dollar) təşkil edir.