Amerikalı iş adamı Uorren Baffet bu ilin sonuna qədər “Berkshire Hathaway” maliyyə holdinqinin baş direktoru vəzifəsini tərk edəcək. “The Washington Post” xəbər verir ki, səhmdarların illik yığıncağında o, ilin sonunda Qreq Abelin varis təyin edilməsini direktorlar şurasından xahiş edəcəyini bildirib.
Çıxış zamanı 94 yaşlı cənab Baffet “Berkshire Hathaway”də rəhbərlik dəyişikliyinin vaxtının gəldiyinə inandığını söyləyib. İş adamı vurğulayıb ki, onun üçün şirkətin gələcəyi ilə bağlı fikirlərini indi bildirməsi vacibdir.
Cənab Buffet qeyd edib ki, baş direktor vəzifəsindən getdikdən sonra belə, o, “yaxında olacaq”, lakin yenə də son sözü Qreq Abel deyəcək. Uorren Baffett hazırda “Berkshire Hathaway” şirkətinin baş direktoru və direktorlar şurasının sədri vəzifəsində çalışır.