Azərbaycanda nizamnamə kapitalı 800 000 manat olan yeni əmlak şirkəti yaradılıb.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “Stonegate Estate” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.
Şirrkə Bakı şəhəri Nəsimi rayonu, Sarabski, ev 59-59A-da qeydiyyatdadır.
Onun qanuni təmsilçisi Murad Şahverdiyev Nail oğlu. M.Şahverdiyev hazırda “Deniz Egece Neuroscience Academy” MMC-nin də direktorudur. O, illər öncə “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü olub.