24 C
Baku
Monday, May 5, 2025

Dəmir yolları ilə yükdaşımalardan gəlir azalıb: 424 mln. manat

2024-cü ildə Azərbaycanda dəmir yolu ilə yük daşımalarından əldə olunan gəlir 424 milyon manata olmaqla illik müqayisədə 1,5% azalıb.

Banker.az xəbər verir ki, idxal yükləri üzrə gəlirlərdə 13,7% artım, ixrac yüklərində isə 12,8% azalma qeydə alınıb. Tranzit yüklər üzrə gəlirlər stabil qalıb.

İdxal yükləri üzrə gəlirlərdə 13,7% artımla 111.55 mln. manata, ixrac yüklərində isə 12,8% azalma 86.63 mln. manat olub. Tranzit yüklər üzrə gəlirlər stabil qalıb. Tranzit yüklərinin həcmi 172.84 mln. manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, beynəlxalq daşımaların həcmi 15,5 milyon tona çataraq 3% artıb. Bu artıma əsasən idxal yüklərinin 10%-lik, tranzit yüklərin isə 6,2%-lik artımı səbəb olub. Əvəzində ixrac yüklərində 13,4% azalma qeydə alınıb. Daxili daşımalar isə ötən ilə nisbətən 4,9% azalıb.

Yük dövriyyəsi 7 milyard ton-km təşkil edib və bu göstərici 4,3% artıb. Bu dövriyyənin 6,36 milyard ton-km-i beynəlxalq daşımaların payına düşür.

Son xəbərlər
Digər xəbərlər