16 C
Baku
Tuesday, May 6, 2025

“OpenAI” tarixinin ən böyük sövdələşməsi üzrə razılığa gəlib

OpenAI” şirkəti süni intellekt redaktoru “Windsurf”u 3 milyard dollara almaq üçün razılığa gəlib, bu barədə “Bloomberg” yazır. Agentliyin mənbələri qeyd edir ki, müqavilə hələ bağlanmayıb.

“Bloomberg” əlavə edir ki, sövdələşmə “OpenAI”yə AI kodlaşdırma köməkçisi bazarında artan rəqabətlə mübarizə aparmağa kömək edəcək.

“Windsurf” (daha əvvəl – “Codeium”) 2021-ci ildə yaradılıb və ümumi 200 milyon dollardan çox vəsait toplayıb. 2025-ci ilin fevral ayında “TechCrunch” şirkətin 2.85 milyard dollar toplamaq üçün danışıqlar apardığını yazıb. 2024-cü ilin avqustunda investorlar “Codeium”u 1.25 milyard dollar dəyərində qiymətləndiriblər.

Qeyd edək ki, “OpenAI” İlon Maskın “SpaceX” və Çinin “ByteDance” şirkəti ilə birlikdə dünyanın ən dəyərli 3 startapı sırasındadır.

Son xəbərlər
Digər xəbərlər