Biz hər səhər yağışın yağdığını, günün çıxdığını bilmək üçün pəncərədən baxırıq. Hər səhər biz işə gəlirik və tez bir vaxtda işin vəziyyətinə diqqət yetiririk.
Biz bu ay olan planın neçə faizini artıq yerinə yetirmişik və neçə faizinin qaldığını bilirik. Lakin olur ki, bizim işimiz dünən yaxşı gedirdi, bu gün isə işləməyə həvəs yoxdur, hər şey əldən düşür, motivasiya yoxdur. Belə anlarda bizi iş yerimizə tələsməyə nəyin məcbur etdiyini hətta xatırlamırıq!
Motivasiyanın itirilməsinin nə qədər ciddi olduğunu başa düşmək və əgər lazımsa tədbirlər qəbul etmək üçün, onu dünənki gün ilə müqayisə etmək, bu günü qiymətləndirmək və sabaha onu müəyyən səviyyədə planlaşdırmaq pis olmazdı. Biz motivasiyanı idarə edə bilərikmi?
Nəyi isə idarə etmək üçün, birinci növbədə onu hiss etmək, əl vurmaq, ölçmək lazımdır. Bəs motivasiyanı necə ölçə bilərik, o ki çörək bulkası deyil! Bilsəydik necə … Bəs əgər bu günkü motivasiyanı hansısa bir etalonla müqayisə etməyə cəhd göstərsək? Bəs etalonu haradan götürmək olar?
İşin müxtəlif vaxtda və eyni vəziyyətdə alınan nəticələrini müqayisə etmək olar. Quyu keçən dəfəkindən balaca qazılıb? Yaxud buna daha çox vaxt tələb olunub? Deməli motivasiya aşağı olub! Obyektivdir? Ola bilər.
Əgər şərait tamamilə eyni olsa idi (buna çətin ki nail olmaq olar) … Və ən əsası, məlumatı işin yerinə yetirildiyindən sonra deyil, işin gedişi zamanı, onun nəticəsinə təsir etmək imkanı olduğu vaxt əldə olması arzu olunardı.
Bununla əlaqədar gəlin özünü motivasiya etməyi yada salaq. Fərdin beynində nə baş verdiyini kənar şəxs tərəfindən başa düşülməsi, xüsusən də bunu ölçə bilməsi mümkün deyil. Bəs insan öz motivasiyasının səviyyəsini ölçə bilərmi?
Neyrolinqvistik proqramlaşdırmanın (NLP) əsasını qoyanlar bu suala müsbət cavab veriblər. Onlar vəziyyət etalonu anlaışı tətbiq ediblər. Hər bir şəxsin özünü motivasiya edə bilməsinin etalonunu öz yaddaşında axtara bilər.
Xatırlayın ki, zəng edib evdə su kranının sıradan çıxaraq qonşuları su basması xəbəri deyildikdə siz nə hiss keçirdiz? Əlbəttə ki, siz təcili evə getmək istəyirdiz. Lakin bu vəziyyətdə əhval-ruhiyyəniz – ….
Gəlin hisslərin xarakterini dəyişək. Məsələn, sizə avtomobil üçün ehtiyat hissəsi axtardığınız zaman avral rejimdə mağazalara zəng etmək lazım gəlib? Hansıları ki nəyin bahasına olursa olsun, bu gün mütləq almalısınız. Nümunə “yaxşı nəticəli” real olmalıdır. Burada əhval-ruhiyyənin “su xəttindən aşağı” (kranla olduğu kimi) olmaması neytral yox, mütləq şərtdir.
Xatırladız? Gözlərinizi yumun və dayanmadan irəli getdiyiniz və sizin qarşınızı heç nə ala bilməyəcək anı bərpa edin! Bu hissi qeyd edin. Məhz bu hiss qarşıda qoyulmuş məqsədə müvəffəqiyyətlə nail olmağın, müvəffəqiyyətli iş gününün, müvəffəqiyyətli danışıqların rəhnidir.
Sizi rəhbərin yanına müşavirəyə çağırırlar? Etalon vəziyyəti bərpa edin, gələcək qələbə hissini dərk edin və indi bu vəziyyətdə qalaraq, özünüzü gələcək söhbətin əsas anında təsəvvür edin.
Budur çıxışınızı bitirdiz və siz tərəfə heyranlı baxışlar yönəlib? Çox yaxşı. Daha çox təfsilatlar verin! Siz öz “viktoriyanızı” nə qədər parlaq göstyərsəz, müvəffəqiyyətə olan şansınız bir o qədər artacaq!
Özünüzü motivasiyanı etalonla müqayisə edin, özünüzdə yaxşı əhval-ruhiyyə yaradın, bu halda siz dağı dağ üstə qoya bilərsiniz!