2 C
Baku
Sunday, December 15, 2024

“iPhone” və “iPad”dan çıxan 1 ton qızıl “Apple”a qaytarıldı

Ötən il “iPhone” və “iPad” cihazlarının utilizasiyası zamanı smartfonlardan çıxarılan təxminən 1 tona yaxın (999,7 kiloqram) qızıl “Apple” şirkətinə geri qaytarılıb.

Troya unsiyasının orta hesabla qiyməti 1229,8 dollar olmaqla, “Apple” şirkəti ümumi hesabla 40 milyon dollar əldə edib.

Bu isə ona görədir ki, bir ədəd “iPhone” smartfonunun yaradılması üçün təxminən 30 milliqram qızıldan istifadə olunur. Bu qızıl isə smartfonun platasında və digər komponentlərində istifadə olunur.

İstisna edilmir ki, bütün cihazlarla bərabər “iPhone”un eksklüziv modelləri də emal edilib ki, onların da tərkibində 50 milliqramdan artıq 18 karatlıq qızıl mövcuddur.

Utilizasiya zamanı həmçinin 27 669 134 kiloqramdan artıq polad, alüminium, şüşə və digər materiallar da alınıb.

Lent.az

Son xəbərlər
Digər xəbərlər