ABŞ prezidenti Donald Tramp xarici məhsullara rüsumların tətbiqi məsələsində istisnalara yol verib.
Bunu o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İstisnalar mümkündür. Əgər görsək ki, kimsə bizim üçün müstəsna bir iş görüb, deməli, bu, mümkündür. Əsas tarif dərəcəsi ən azı 10% olacaq, bəzi ölkələr üçün bu rəqəm xeyli yüksək 40%, 50%, 60% təşkil edəcək. Vaşinqton yaxın gələcəkdə 4-5 ticarət müqaviləsi bağlamağı gözləyir”, – deyə o bildirib.
Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. Belə ki, 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal olunan avtomobillərə 25%-lik gömrük rüsumları tətbiq edib.Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edib.