17 C
Baku
Thursday, October 23, 2025

“Google” loqosunu yeniləyib

“Google” korporasiyası loqosunu yeniləyib. Xatırladaq ki, “Google” loqusunu sonuncu 2015-ci ildə dəyişib – kiçik “g” hərfini dörd rəng seqmentinə bölünən böyük “G” hərfi ilə əvəz edib.

İndi qırmızı rəng sarıya, sarı yaşıla, yaşıl isə maviyə keçir və ayrı-ayrı seqmentlər qradientə çevrilib. Mütəxəssislər vurğulayırlar ki, yeni loqo “Google” tərəfindən hazırlanmış “Gemini” neyron şəbəkəsinin simvoluna bənzəyir.

Yeni loqo artıq iOS-da “Google Search” tətbiqində, Android-də isə beta-versiyada istifadə olunur. “Google” dəyişiklikləri rəsmi olaraq açıqlamayıb, ona görə də digər şirkət məhsullarının (“Google Map”, “Chrome” və s.) loqolarının dəyişib-dəyişməyəcəyi məlum deyil.

Son xəbərlər
Digər xəbərlər