Rusiya tərəfindən İrana dövlət xətti ilə 5 milyard dollarlıq kredit xəttinin açılması ilə bağlı hüquqi uyğunsuzluqları aradan götürmək mümkün olub.
“RİA Novosti”agentliyi xəbər verir ki. bunu jurnalistlərə RF maliyyə nazirinin müavini Sergey Storçak deyib.
2016-cı il ərzində Rusiya İrana bu kreditin ilk 2,6 milyard dollarlıq tranşını təqdim edəcək. Həmin vəsait İranda dəmir yollarının “Rusiya Dəmir Yolları”nın iştirakı ilə elektrikləşdirilməsinə və Rusiya şirkətləri tərəfindən İranda istilik-enerji stansiyalarının qurulmasına sərf olunacaq.
İrana 5 milyard dolar həcmində kreditin ayrılması barədə ilkin sənədlər Vladimir Putinin 2015-ci ilin noyabr ayında Tehrana rəsmi səfərinin gedişində imzalanmışdı.
VirtualAz