27 C
Baku
Sunday, June 8, 2025

S&P 500 indeksinə daxil olduqdan sonra “Coinbase” səhmləri 24% artıb

Kriptovalyuta birjası “Coinbase” S&P 500 indeksinə əlavə edildikdən sonra 24% bahalaşıb. Mayın 13-də ABŞ-nin Nasdaq birjasında keçirilən hərraclardan sonra “Coinbase” səhmləri 256.9 dollara yüksəlib.

“S&P Global” korporasiyası mayın 12-də maliyyə xidmətləri şirkəti “Discover Financial Services”i əvəz edərək, “Coinbase” səhmlərini indeksə daxil edəcəyini açıqlayıb. Dəyişikliklər mayın 20-dən qüvvəyə minəcək.

CNBC qeyd edir ki, S&P 500 indeksinə daxil olmaq üçün şirkət əvvəlki  və son dörd rübün ümumi mənfəətini göstərməlidir. “Coinbase” 2024-cü ilin dördüncü rübündə xalis gəlirin 65.6 milyon dollar və ya hər səhmə görə 0.24 dollar olduğunu açıqlayıb. Şirkətin verdiyi məlumata görə, mənfəət 24% artaraq 2.03 milyard dollar təşkil edib.

Kriptovalyuta birjası həmçinin “Deribit” birjasını 2.9 milyard dollara almaq planlarını açıqlayıb. Bu sövdələşmə kriptovalyuta sənayesi tarixində ən böyük sövdələşmə ola bilər, CNBC yazır.

Fevral ayında “Coinbase” səhmləri 26%, mart ayında isə Tramp yeni idxal tariflərini elan etdikdən sonra daha 20% azalıb. Bununla belə, mayın 13-də kotirovkaların artması sayəsində kriptovalyutanın səhmləri 2025-ci ilin əvvəlindən bəri təxminən 3.5% artım göstərib, CNBC qeyd edir.

Son xəbərlər
Digər xəbərlər