“Atilla Trans and Services” QSC 2024-cü ili 100 min manat zərərlə başa vurub. Bu nəticə 2023-cü ilin nəticələri ilə müqayisədə kəskin geriləməni göstərir. Belə ki, şirkət 2023-cü ili 11.23 milyon manat xalis mənfəətlə bağlamışdı.
Banker.az xəbər verir ki, 2024-cü ildə “Atilla Trans and Services”in əsas əməliyyat gəlirləri 6.32 milyon manat manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə artımdır. 2023-cü ildə bu rəqəm 5.94 milyon manat idi.
Lakin əməliyyat xərclərinin də artması nəticəsində əməliyyat zərəri edib. 2024-cü ildə şirkətin əməliyyat xərcləri 6.42 mln. manat olub.
Xatırladaq ki, “Atilla Trans and Services” QSC, 1997-ci ildə təsis edilib və Azərbaycanda sərnişin daşımaları və nəqliyyat xidmətləri sahəsində fəaliyyət göstərən bir şirkətdir. Şirkət Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir.