21 C
Baku
Sunday, June 22, 2025

Qızıl ötən gün 2 faiz dəyər itirib

Qızılın qiyməti 1 unsiya üçün təxminən 3,182 dollar səviyyəsində ticarət edilməkdədir və qiymət qismın stabildir.

Banker.az xəbər verir ki, bu, dünənki baş verən 2%-lik ucuzlaşmadan sonra qeydə alınıb.

Qiymət dəyişiklikləri, əsasən ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini daha yavaş endirəcəyi gözləntiləri və ABŞ ilə Çin arasındakı gərginliyin zəifləməsi fonunda müşahidə olunub. Bu amillər hedcinq aktivlərinə tələbi azaldıb.

Buna baxmayaraq, ilin əvvəlindən bəri qızıl 20%-dən çox bahalaşıb. Apreldə inflyasiya ilə bağlı narahatlıqlar və iqtisadi artımın zəifləməsi fonunda 3 500 dollarla tarixi maksimuma çatıb.

Son xəbərlər
Digər xəbərlər