2025-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri 26,3 mlrd. manata çatıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% artım deməkdir.
Hər nəfərə düşən nominal gəlirlər 2 568,4 manat təşkil edib və bu göstərici də 6,4% artıb.
Müqayisə üçün qeyd edək ki, istehlak qiymətləri indeksi 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 6,3 faiz artıb.
Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,6 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,6 faiz artım təşkil edib.