21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Unibank Kommersiya Bankı” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2018002025 |
| İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları |
| Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
| İstiqrazların sayı | 4,000 ədəd |
| İlkin ticarət qiyməti | 1,000 ABŞ dolları |
| İstiqrazların buraxılış həcmi | 4,000,0000 ABŞ dolları |
| İllik gəlirlilik faizi | 8% |
| Ödəmə Periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir. |
| Tədavül müddəti | 6 il |
| Ticarətə buraxılma tarixi | 29.05.2025 |
| Anderrayter | “Unicapital İ.Ş.” ASC |








