Kapital Bank namizədləri İT İnnovasiya və İnkişaf Departamentinin Proqramlaşdırma şöbəsində Compass+ üzrə Proqramçı vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Tələblər və Öhdəliklər
• Texniki sahədə tam ali təhsil;
• Plastik kartlar üzrə azı 2 illik iş təcrübəsi;
• Analitik düşünmə qabiliyyəti;
• 10g-dən aşağı olmayan versiyada Oracle üzrə 2 illik iş təcrübəsi;
• Oracle 10g-nin xüsusiyyətlərini bilmək və müştəri-server proqramlarının yaradılması bacarığı;
• PL/SQL üzrə yüksək səviyyədə biliklər:
1. Verilənlər bazasının strukturu üzrə anlayışlar (massivlər, kolleksiyalar, obyektlər);
2. Tranzaksiyaların idarə edilməsi;
3. Oracle standart paketləri üzrə biliklər;
4. Debugger-lə işləmə bacarığı;
5. Dinamik PL/SQL, SQL üzrə biliklər.
• SQL üzrə əla biliklər:
1. Oracle XML bilikləri və XSD üzrə anlayışlar;
2. XPath üzrə biliklər;
3. Analitik funksiyalar.
• CMSTWO mübadilə protokolları haqda biliklər;
• Prosessingin işləməsi prinsipləri haqda biliklər;
• Compass API üzrə biliklər.
Mövzu hissəsində “Compass+ üzrə Proqramçı” qeyd etmələ CV-nizi [email protected] mail ünvanına göndərə bilərsiniz.