15.4 C
Baku
Friday, May 16, 2025

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 5 pillə geriləyib

Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 155 ölkə arasında öncəki ayla müqayisədə 5 pillə irəliləyərək 76.87 MB/S sürətlə 86-cı yerdə qərarlaşıb.

Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Suriya tutub.

Azərbaycan mobil internetin sürətinə görə mart ayına nisbətən apreldə 5 pillə geriləyərək 74.08 MB/S sürətlə 104 ölkə arasında 57-ci olub. Mobil internetin sürətinə görə birinci yeri Qətər, sonuncu yeri isə Boliviya tutub.

Son xəbərlər
Digər xəbərlər