15.4 C
Baku
Friday, May 16, 2025

“Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər “Diqlas” ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd edilib ki, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər