17.4 C
Baku
Saturday, May 17, 2025

Səudiyyə Ərəbistanında süni intellektli həkim işə başladı

Şanxay startapı “Synyi AI” və “Almoosa Health Group” Səudiyyə Ərəbistanında sınaq proqramı keçirir. Bu çərçivədə bir klinikada diaqnoz qoymaq və resept yazmaq kimi vəzifələr süni intellekt tərəfindən həyata keçirilir.

Bu təşəbbüs ilkin tibbi yardım mərhələsində canlı həkimlərin əvəz edilməsi istiqamətində vacib addım hesab olunur.

Xəstələr əvvəlcə simptomları planşetdə qeyd edirlər. Daha sonra süni intellekt əlavə suallar verir və həkimlərin çəkdiyi elektrokardioqram və ya rentgen şəkillərini təhlil edir.

Nəticədə, kompüter proqramı xəstəyə müalicə planı təklif edir. Prosesdə canlı həkim də iştirak edir.

Bildirilir ki, belə xidmətdən artıq onlarla xəstə istifadə edib. Əvvəlki testlərdə səhv nisbətinin 0.3%-dən az olduğu qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər