18.7 C
Baku
Saturday, May 17, 2025

TEMU-ya xəbərdarlıq edildi

Türkiyə bazarında fəaliyyət göstərən xarici e-ticarət platformaları istehlakçıların qorunması məqsədilə bir sıra hüquqi öhdəlikləri yerinə yetirməlidir.

Bu çərçivədə, Çin Xalq Respublikasında yerləşən və 2024-cü ilin iyun ayından etibarən Türkiyədə internet üzərindən satışa başlayan TEMU platformasının rəsmiləri Ticarət Nazirliyinə dəvət olunub.

İclasda Ticarət Nazirliyi tərəfindən TEMU-ya “Bazara Nəzarət və Məsafədən Rabitə Vasitələri ilə Bazara Çıxarılan Məhsullara Nəzarət Qaydası”na uyğun olaraq məhsul təhlükəsizliyi və istehlakçı şikayətlərinə dair məsuliyyətləri bir daha xatırladılıb. Qeyd edilib ki, 1 aprel 2024-cü ildən qüvvəyə minmiş yeni tənzimləməyə əsasən, TEMU platforması qanunvericiliyə uyğun addımlar atmalı və müvafiq öhdəlikləri yerinə yetirməlidir.

Nazirlik, TEMU rəsmilərinə satış elanlarında təqdim olunan məlumatların tamlığı, təhlükəli və uyğun olmayan məhsulların platformadan 24 saat ərzində çıxarılması və məhsul təhlükəsizliyi üzrə əlaqə nöqtəsinin daim aktiv saxlanılmasının vacibliyini vurğulayıb. Eyni zamanda bildirilib ki, Türkiyədə təsərrüfat operatorunun xəbəri olmadan məhsulların bazara çıxarılmasına icazə verilməyəcək.

TEMU rəsmiləri isə tələblərə cavab vermək üçün lazımi infrastruktur işlərinin görüldüyünü, məhsul təhlükəsizliyi və istehlakçı məlumatları ilə bağlı məsuliyyətlərini anladıqlarını və bu sahədə ciddi addımlar atdıqlarını bildiriblər. Onlar həmçinin, Türkiyədə nümayəndəlik açmaq üçün təşəbbüs etdiklərini və ölkəyə daxil olan məhsullara görə məsuliyyət daşımağa hazır olduqlarını qeyd ediblər.

Tənzimləməyə əməl olunmaması halında isə ciddi inzibati sanksiyaların tətbiq ediləcəyi bir daha vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər