20 C
Baku
Wednesday, May 21, 2025

Rumıniyada keçirilən prezident seçkilərində Nikuşor Dan qalib gəlib

Rumıniyada keçirilən prezident seçkilərində avropapərəst namizəd, Buxarest meri Nikuşor Dan 53.62% səslə qalib gəlib. Qeyd edək ki, səslərin 100%-i artıq hesablanıb, bu barədə ölkənin Seçki Komissiyası məlumat verib. Ümumilikdə o, 6.1 milyon səs toplayıb.

Nikuşor Danın rəqibi, “Rumınların birləşməsi alyansının” ifrat sağçı lideri Corce Simion məğlub olduğunu etiraf edib. Səslərin hesablanmasının nəticələrinə görə, o, 46.38% və ya 5.3 milyon səs toplayıb.

O, “məğlubiyyətin acı dadını” hiss etməyin çətin olduğunu etiraf edib və ona səs verən 5 milyon rumıniyalını “məyus etməyəcəyini” bildirib.

Son xəbərlər
Digər xəbərlər