15.9 C
Baku
Monday, May 19, 2025

“Xiaomi” mobil çiplərin inkişafına $6.9 milyard sərmayə qoyur

Çinin “Xiaomi” şirkəti mobil telefonlar üçün öz mikroçiplərini hazırlamaq məqsədilə növbəti onillikdə 50 milyard yuan (6.9 milyard dollar) investisiya etməyi planlaşdırır. Bu barədə “Reuters” xəbər verir.

Mayın 22-də Çin bazarında “Tesla”nın Model Y ilə rəqabət aparacağı gözlənilən YU7 elektromobilinin təqdimatı keçiriləcək. Həmin gün “Xiaomi” ilk prosessorunu təqdim edəcək.

Fevral ayında “Huawei” həmçinin süni intellekt (AI) üçün çiplərin istehsalını artırıb. Şirkət ən son bir ildə istehsal xəttindəki funksional çiplərin faizini təxminən 40%-ə – bir il əvvəlki 20%-lə müqayisədə iki dəfə artırıb.

Son xəbərlər
Digər xəbərlər