®Expressbank 2025-ci il 13-16 may tarixləri ərzində keçirilən “Caspian Agro 2025” – 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi nəzdində baş tutan II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda tərəfdaş qismində iştirak edib.
Forumun 4-cü panelində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda Expressbankın Mikro kredit şöbəsinin müdiri Yaşar Cabarov çıxış edib. O, çıxışında Expressbankın aqro kredit satışları, bu sahədə sahibkarlara təqdim edilən maliyyə alətləri və kreditləşmə şərtləri barədə ətraflı məlumat verib. Yaşar Cabarov qeyd edib ki, bankın məqsədi aqrar sektorda fəaliyyət göstərən mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmaq, onların dayanıqlı inkişafına dəstək olmaqdır.
Qeyd edək ki, Expressbank ölkədə kənd təsərrüfatının inkişafına töhfə vermək, bu sahədə fəaliyyət göstərən sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq və onları dayanıqlı biznes tərəfdaşlığı ilə dəstəkləmək məqsədilə bir sıra əlverişli bank məhsulları və xidmətləri təqdim edir.
Məhsullar haqqında daha ətraflı məlumatı Bankın saytından əldə edə bilərsiniz.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.