Azərbaycan Mərkəzi Bankı “Unibank” ASC-yə icrası məcburi sərəncam verib.
Banker.az xəbər verir ki, “Unibank” ASC tərəfindən “Banklarda korporativ idarəetmə Standartları”nın 8.2.5-ci yarımbəndinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən “Unibank” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə bu sahədə daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.