6 C
Baku
Sunday, December 15, 2024

Marketlərin etiraz məktubu İqtisadiyyat nazirliyini hərəkətə keçirdi

Bakının bir neçə iri marketləri İqtisadiyyat Nazirliyinə məktub göndərib. Məktubda market nümayəndələri Nazirlikdən ilkin tələbat mallarının xüsusən də ət, süd, un məhsullarının, yumurta, yağ, meyvə-tərəvəz, bakliyat (düyü, mərcimək, sair) və uşaq qidalarının yerli istehsalı və bütün satış zəncirinə əlavə dəyər vergisini (ƏDV) 0%-ə endirmək istəyidir.

Bundan başqa, məktubda qeyd olunur ki, Mərkəzi Bankın üzən məzənnə siyasətinə keçməsindən sonra qiyməti qaldırmadan marketlərin şəbəkələrində biznesin rentabelliyini və işçi sayını qoruyub saxlamaq mümkün olmayıb.

Marketlərdən birinin marketoloq şöbəsinin direktoru Kənan Şirinov Nazirliyə məktub göndərilmə faktını alıcıların marağı baxımından atıldığını bildirdi. Onun sözlərinə görə, gündəlik tələbatı ödəmək üçün lazım olan məhsulların əlavə dəyər vergisi azaldılsa,  bu həm marketlər, həm də alıcılar üçün çox əlverişli olar.

“İkinci devalivasiyadan sonra marketlərin vəziyyəti o qədər də ürək açan deyil. Biz də məcbur olub bəzi filiallarımızı bağlayırıq. Bu da bir neçə insanın işsiz qalması deməkdir. Əslində, bu məsələ ilə bağlı dəfələrlə Vergilər Nazirliyinə də demişik. Amma heç bir tədbir görmədiyimiz üçün bu dəfə qiymətlərə nəzarət edən İqtisadiyyat Nazirliyinə məktub yazmaq qərarına gəldik. Biz istəyirik ki, bu Nazirlik bizə dəstək olsun”, – deyə market işçisi bildirdi.

Onun sözlərinə görə, məktub ötən gün Nazirliyə göndərilib və hələ ki, heç bir cavab gəlməyib.

İqtisadiyyat Nazirliyinə göndərilən məktub
İqtisadiyyat Nazirliyinə göndərilən məktub

Təşəbbüslərə yardım ictimai birliyinin aparıcı mütəxəssisi Samir Əliyev marketlərin bu təşəbbüsünü dəstəklədiyini dedi. Onun sözlərinə görə, ikinci devalivasiyadan sonra bu gözlənilən addım idi.

“Məsələ ilə bağlı artıq bir neçə marketlərin bağlandığını da gördük. Bunlar da ƏDV ilə bağlı idi. Qanunvericiliyə görə, dövriyyəsi 200 mindən çox olan obyektlər 6% sadələşdirilmiş vergi, dövriyyəsi 200 mindən az olan obyektlər isə 4% ƏDV ödəməlidirlər”, – deyə iqtisadçı ekspert vurğuladı.

Samir Əliyev onu da əlavə etdi ki, ƏDV-nin ləğvi yerli istehsalın stimullaşdırılmasına da səbəb ola bilər.

Samir Əliyev - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı mütəxəssisi
Samir Əliyev – İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı mütəxəssisi

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, qurum marketlər tərəfindən məktub alan kimi dərhal operativ hərəkətə keçib. “Bu gün məktubda adı çəkilən marketlərin nümayəndələri Nazirliyə dəvət olunublar. Nazir onları şəxsən qəbul edib, onları dinləyib. Hazırda məsələ ilə bağlı araşdırma gedir”, – deyə Abbas Əliyev bildirdi.

ANSPRESS

Son xəbərlər
Digər xəbərlər