“Texnikabank” ASC-nin ləğvedicisi dəyişib.
Əmanətlərin Sığortalanması Fondundan APA-ya verilən məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Texnikabank” ASC-nin ləğvedicisi “M.M.M. Perfekt Konsaltinq” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.
Qeyd edilən tarixdən etibarən ləğvedicisi qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.