17 C
Baku
Wednesday, May 21, 2025

Bokt “Embafinans” ötən il 7 milyon manatdan çox mənfəət əldə edib

®BOKT “Embafinans” QSC 2024-cü ili 7 milyon 208 min manat mənfəətlə başa vurub. 2023-cü ilin eyni dövründə BOKT-un mənfəəti 5 milyon 325 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 35.4% artması deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

“Embafinans”ın faiz gəlirləri ötən illə müqayisədə 35.2% artaraq 20 milyon 704 min manat, haqq və komissiya gəliri 75% artaraq 231 min manat olub.

BOKT BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

31 dekabr 2024-cü il tarixində BOKT-un cəmi aktivləri 69 milyon 992 min manat olub ki, əvvəlki ilə nisbətən 19.4% artımdır. Müştərilərə verilmiş kreditləri 61 milyon 997 min manat təşkil edib. Belə ki, BOKT-un kredit portfeli 21% böyüyüb.

Hesabat dövründə “Embafinans”ın cəmi öhdəlikləri 40 milyon 40 min manatdan 44 milyon 190 min manata, cəmi kapitalı isə 18 milyon 594 min manatdan 25 milyon 802 min manata çatıb.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən EmbaFinans Bank Olmayan Kredit Təşkilatıdır. BOKT “EmbaFinans” QSC hazırda İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir.

3f2cde954ba687263d2b4df9cba01cd7 0 1

3f2cde954ba687263d2b4df9cba01cd7 1

3f2cde954ba687263d2b4df9cba01cd7 2

Son xəbərlər
Digər xəbərlər