23 C
Baku
Saturday, May 24, 2025

“Bitcoin”in qiyməti rekord 111 min dolları keçib

“Bitcoin”in qiyməti tarixi maksimumunu yeniləyərək 111 min dollara yüksəlib. Ticarət platformalarının məlumatlarına görə, kriptovalyutanın qiyməti bir gündə 3% artıb.

“Binance” birjasında Bakı vaxtı ilə saat 3:53-ə olan məlumata görə, “Bitcoin” bir gündə 2.94% bahalaşaraq 110 143 dollara çatıb. Hazırda kriptovalyutanın qiyməti 111.4 min dollar təşkil edir.

20-dən çox birjanın orta qiymətini hesablayan “CoinMarketCap”ın məlumatına görə, kriptovalyutanın orta qiyməti əvvəlki günə nisbətən 3.59% artaraq 109 644 dollar olub.

Bundan əvvəl “Bitcoin”in qiymət rekordu yanvarın 20-də qeydə alınıb: “Coinbase” birjasında kriptovalyutanın dəyəri 109 359 dollara, “Binance”də isə 109 588 dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər