Azərbaycanda biznes mərkəzlərinə sahib “AGA Group”un kredit biznesi “City Finance Bank Olmayan Kredit Təşkilatı” MMC 2024-cü ili 2 milyon 562 min manat mənfəətlə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 2 milyon 551 min manat olub ki, bu da illik müqayisədə 0.4% artımdır.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “City Finance BOKT” faiz gəlirləri 6 milyon 250 min manatdan 7 milyon 172 min manata, faiz xərcləri isə 323 min manatdan 639 min manata çatıb.
31 dekabr 2024-cü il tarixinə BOKT-un cəmi aktivləri 30 milyon 589 min manat olub ki, bunun 29 milyon 128 min manatı müştərilərə verilmiş kreditlərdir.
Xatırladaq ki, BOKT 2013-cü ildə təsis edilib və nizamnamə kapitalı 5 mln. manat təşkil edir.