“Xiaomi” yeni YU7 elektrik krossoverini təqdim edib. Şirkət illik konfransında elektrikli avtomobili nümayiş etdirib. Ümumilikdə, üç model təqdim olunub: YU7, YU7 Pro və YU7 Max.
Maşının uzunluğu 5 m, eni 1,9 m, hündürlüyü isə 1,6 m-dir. Hazırda üç rəng mövcuddur: qırmızı, boz və yaşıl. Daha beş rəng sonra təqdim olunacaq.
Modelin sıfırdan 100 km/saata qədər sürətlənmə 3,23 saniyə çəkir, maksimal sürət isə 253 km/saatdır. Qeyd edək ki, YU7-nin yürüş məsafəsi 835 km, YU7 Pro-nun 770 km, YU7 Max isə 760 km-dir. Hələlik başqa təfərrüatlar yoxdur.
“Xiaomi” ilk elektrik avtomobilini 2023-cü ilin sonunda təqdim edib – SU7. Avtomobilin maksimal sürəti 265 km/saat, yürüş məsafəsi isə 800 km-dir. Satışlar 2024-cü ilin mart ayında açılıb. İyul ayında şirkət SU7-nin idman versiyasını – SU7 Ultra-nı nümayiş etdirib.