“A-Qroup Sığorta Şirkəti” ASC-nin (A Group) rəhbərlərindən biri vəzifəsindən ayrılır.
Banker.az xəbər verir ki, Direktorlar Şurasının üzvü Elşən Əfəndiyev Şaiq oğlunun adı siyahıdan çıxarılıb.
O, müstəqil üzv kimi Direktorlar Şurasında təmsil edilirdi.
Hazırda “A Group”un Direktorlar Şurası sədr və bir üzvdən ibarətdir.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.