“AzRe Təkrarsığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, bu İdarə Heyətinin üzvü İvan Samsonov Vladimiroviçdir. O, 2019-cu ildən bu şirkətdə yüksək vəzifədə çalışırdı.
Bununla da İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə üç üzvdən ibarətdir.
Hazırda İdarə Heyətinin Strukturu:
Sədr:
- Vüsal Abbasov Ramiz oğlu
Üzvlər:
- Lalə Əfəndiyeva Əli Heydərovna
- Tural Qasımov Nazim oğlu
- Sarxan Mikayılov Umudvar oğlu
Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.