16 C
Baku
Saturday, May 24, 2025

WSJ: ABŞ-nin iri bankları birgə steyblkoin yaradırlar

ABŞ-ın iri bankları birgə steyblkoin yaratmağı düşünürlər. O, dolların dəyərinə bağlı olacaq, bu barədə cümə axşamı mənbələrə istinadən “Wall Street Journal” (WSJ) məlumat yayıb.

Danışıqlar hələ ilkin mərhələdədir. Müzakirələrdə “JPMorgan Chase”, “Bank of America”, “Citigroup” və “Wells Fargo” iştirak edir. Steyblkoinin yaradılmasının onlara ənənəvi bank sistemində bir neçə gün çəkə bilən beynəlxalq köçürmələr də daxil olmaqla maliyyə əməliyyatlarını sürətləndirməyə imkan verəcəyi gözlənilir.

Yekun qərar hələ verilməyib. Qəzetin qeyd etdiyi kimi, bu, bank müştərilərinin bu cür valyutaya tələbatının qiymətləndirilməsindən, eləcə də bu sahədə qanunvericilik təşəbbüslərindən asılı olacaq.

Son xəbərlər
Digər xəbərlər