“FinKapital Bank Olmayan Kredit Təşkilatı” MMC 2024-cü ili 146 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə BOKT-un mənfəəti 137 min manat olub ki, bu da illik müqayisədə mənfəəti 7% artıb.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “FinKapital” BOKT-un faiz gəlirləri 701 min manat, faiz xərcləri 352 min manat, haqq və komissiya gəlirləri 156 min manat, inzibati və digər xərclər 331 min manat, mənfəət vergisi xərci 37 min manat təşkil edib.
Bu ilin yanvarın 1-nə “FinKapital” BOKT-un cəmi aktivləri 3 milyon 504 min manat olub ki, bunun 3 milyon 5 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli illik müqayisədə 4% azalıb.
Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 2 milyon 564 min manat, cəmi kapitalı isə 940 min manat təşkil edib.
Qeyd edək ki, “FinKapital” BOKT 2021-ci ilin iyul ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 545 min manatdır. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 73, mənzil 17