16 C
Baku
Friday, May 23, 2025

Azər Türk Bank UnionPay ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı

®Dövlət bankı Azər Türk Banka aid ATM-lərdə və POS-terminallarda UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar vasitəsilə əməliyyatlar və ödənişlər artıq mümkündür.

Yaxın zamanda UnionPay kartlarının elektron ticarətdə də qəbuluna başlanacaqdır.

UnionPay brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə vəsilə olacaqdır.

Qeyd edək ki, UnionPay kartları Azərbaycan da daxil olmaqla dünyanın 183 ölkə və regionunda qəbul edilir və Çinin materik  hissəsindən kənarda buraxılan kartların ümumi sayı 200 milyonu ötür.

Xatırladırıq ki, Bankımızın ənənəvi POS-terminal, habelə “atb pos” (mobil POS), “e-commerce” (elektron ticarət) və “e-pos” kimi müasir xidmətlərindən istifadə edən sahibkarlar UnionPay International və həmçinin Visa, Mastercard və JCB (Japan Credit Bureau) International beynəlxalq ödəniş sistemlərinə aid kartlar ilə ödənişləri yerinə yetirə bilirlər.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər