Aprel ayında Yaponiyada inflyasiya illik müqayisədə 3.6% təşkil edib. Bu məlumatlar bu gün, mayın 23-də Yaponiya statistika idarəsi tərəfindən dərc edilib. Ərzaq məhsullarının qiymətlərinin mövsümi dəyişməsini nəzərə almayan əsas istehlak qiymətləri indeksi 3.6% bahalaşıb. Bu, 2023-cü ilin yanvarından bəri iki ildən çox müddətdə rekord artımdır.
Apreldə yüksək inflyasiya səviyyəsi ilk növbədə ərzaq qiymətlərinin kəskin artması ilə (il ərzində 7%) izah olunur. Bəzi məhsulların qiymətləri xüsusilə kəskin artıb: bir il ərzində düyü demək olar ki, iki dəfə, şokolad isə 31% bahalaşıb.
ABŞ-də yerləşən “State Street Global Advisors” şirkətinin Asiya-Sakit Okean üzrə iqtisadçısı Krişna Bhimavarapunun qeyd etdiyi kimi, “yüksək inflyasiya istehlakı azalda və iqtisadi artımı ləngidə bilər”.