2025-ci ilin yanvar – aprel aylarında banklar 339.8 mln. manat xalis mənfəət əldə ediblər.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının aprel üzrə statistik bülleteninə istinadən xəbər verir.
Bu da 2024-cü ilin müvafiq dövründəki nəticədən – 407.5 mln. manatdan 17% azdır.
Bildirilir ki, banklar ilk dörd ayda 564.4 mln. manat məbləğində əməliyyat mənfəət ediblər.
Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.