10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank daha bir tenderin qalibi ilə müqavilə bağlayıb

Azərbaycan Mərkəzi Bankına məxsus binalarda istismar olunan isitmə-soyutma, havalandırma, su-kanal və digər sistem və qurğulara dövri texniki qulluğunun göstərilməsinin satın alınması ilə bağlı elan edilmiş açıq tenderdə iddiaçıların təklifləri qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə görə “AKSİMA” MMC müsabiqənin qalibi elan olunub.

Report Tender Komissiyasına istinadən verdiyi xəbərə görə, qalib şirkətlə müvafiq xidmət müqaviləsi bağlanılıb.

“Azərbaycan Mərkəzi Bankı tenderə maraq göstərdiyinə görə, bütün iddiaçılara öz təşəkkürünü bildirir və tenderdə iştirak etmiş iddiaçılarla gələcəkdə faydalı əməkdaşlığa ümid edir”, – deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər