25 C
Baku
Thursday, May 29, 2025

Mərmərin və qranit istehsalçısı 336 min manat xalis mənfəət əldə edib

Mərmərin və qranit emalı sahəsində fəaliyyət göstərən “Dəvəli” ASC 2023-cü ildə əsas əməliyyat gəlirləri 2023-cü ildə 6 milyon 619 min manat olub.

Banker.az bu barədə şirkətin audit hesabatında qeyd edilir. 2023-cü ilin hesabatı 2025-ci ilin aprelində təsdiqlənib.

Bu, 2022-ci illə müqayisədə 1 milyon 908 min manat və ya 40,5 faiz çoxdur. Lakin satışın maya dəyəri üzrə xərclər də eyni dövrdə 2 milyon manat artaraq 6 milyon 200 min manata çatıb. Bu isə xərclərin 50 faizdən çox artdığını göstərir.

Ümumi mənfəət 2022-ci ildə 602 min manat olduğu halda, 2023-cü ildə bu göstərici 419 min manata düşüb. Yəni şirkətin ümumi mənfəətində 30 faiz azalma olub.

Hesabat dövrünün sonunda “Dəvəli” ASC-nin xalis mənfəəti isə 336 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bu rəqəm 482 min manat idi. Beləliklə, şirkətin xalis mənfəətində cüzi – 30 faiz azalma müşahidə olunub.

4534 1

Son xəbərlər
Digər xəbərlər