21 C
Baku
Thursday, May 29, 2025

Manatdakı yeni kredit və depozitlər arasındakı faiz marjası yüksəlib

Azərbaycanda 2015-ci ilin aprelində milli valyutada yeni cəlb olunmuş müddətli depozit və yeni verilmiş kreditlər üzrə orta faiz dərəcələri arasındakı marja böyüyüb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatda cəlb edilmiş depozitlərin orta illik faiz dərəcəsi 7.12%, yeni verilmiş kreditlər üzrə isə 18.87% təşkil edib.

Bu da milli valyutada kreditlər ilə depozitlər arasındakı fərq isə 11.75 faiz bəndi təşkil etməsi deməkdir. Öncəki ayda 10.3% təşkil etmişdi.

Xarici valyutada yeni cəlb edilmiş depozitlər orta faiz 4.32%, kreditlər üzrə isə orta faiz 6.08% təşkil edib. Bu da xarici valyutada marjanın 1.76% təşkil edib. Xarici valyutada isə 4.89 təşkil edib.

Son xəbərlər
Digər xəbərlər