28 C
Baku
Wednesday, May 28, 2025

Əmanətlərin Sığortalanması Fondu qanvermə aksiyası keçirib

®Əmanətlərin Sığortalanması Fondunda 26 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək çərçivəsində talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün növbəti qanvermə aksiyası baş tutmuşdur.

Aksiyada könüllü donor kimi Fondun və ləğv prosesində olan bankların 100-dən çox əməkdaşı iştirak etmişdir. Fond tərəfindən həyata keçirilən sayca üçüncü qanvermə aksiyasınınəsas məqsədi hemofiliya və talassemiya, eləcə də digər qanxəstəliklərindən əziyyət çəkən insanlara, ələlxüsus da uşaqlarakönüllü və təmənnasız yardım etmək, habelə onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları ilk öncə hər bir donordanqanın ümumi analizini götürmüş, ardınca isə digər tibbi müayinələri keçirmişdir. Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Hər il qan xəstəliklərindən əziyyət çəkən yüzlərlə insan qan çatışmazlığından həyatını itirir və ya sağlamlıq durumu kəskin şəkildə pisləşir. Bunu nəzərə alaraq kütləvi qanvermə aksiyalarının keçirilməsi sözügedən insanların xilas edilməsi baxımından cəmiyyət üçün başlıca məna kəsb edir.

de451ec8 58cd 4e48 afd1 ddf3ab29cbab f65869bb f36e 4171 a50b 3bb0dc913080 60fd2add 3a9a 4ba5 a18a 793048391b21 ee52dc7c c2d1 4e85 9c76 7d5b7643764f

Son xəbərlər
Digər xəbərlər